DİN-dən İmişlidəki qətllə bağlı AÇLIQLAMA


12:56     10 Yanvar 2020 2020/01/din_esas_1578646645.jpg


Daxili İşlər Nazirliyi (DİN) İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilən meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 405