DİQQƏT! - Bu rayonda 940 mənzilə çıxarış veriləcək
13:00 10 Yanvar 2020
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən binalardakı mənzillərin operativ və əlçatan qeydiyyatı məqsədilə xidmət birbaşa ünvanlarda təşkil olunacaq.
Femida.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin ilk “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 13-17 yanvar tarixlərində Nəsimi rayonunda keçiriləcək. Səyyar qeydiyyat xidmətindən istismarına icazə verilmiş 5 bina üzrə ümumilikdə 940-a yaxın mənzil sahibi istifadə edə biləcək.
Kampaniya 13 yanvarda Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, 14 yanvarda S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, 15 yanvarda isə H.Ələsgərov küçəsi, 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək. Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və yanvarın 17-si isə Mərdanov qardaşları küçəsi, 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda təşkil ediləcək.
Qeyd edək ki, mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur. Qeyd edək ki, xidmət mənzil sahibinin istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində müvafiq dövlət rüsumu və xidmət haqqı ödənilməklə həyata keçirilir.
Femida.az
Oxunub: 736
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"