Gəncədə nənə və nəvəni maşın vurdu - Nənə öldü


13:21     10 Yanvar 2020 2020/01/cd21fd5f-4e99-415d-a00c-7bd14644b783_1578647452.jpg


Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 9-da saat 15 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində şəhər sakini M.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurub.

Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Nizami (Gəncə) RPİ tərəfindən aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 581