Cəlilabadda 4 kq heroin satmaq istəyən şəxs tutulub
13:39 10 Yanvar 2020

Cəlilabadda külli miqdarda heroin satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Orxan Vəkilzadə Cəlilabad ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq şöbənin əməkdaşları tərəfindən O.Vəkilzadənin Cəlilabad rayonu Ə.Məmmədov küçəsində yerləşən evinin həyətindəki saxlanc yerinə baxış zamanı orada 3 ədəd bağlama gizlətdiyi ümümi çəkisi 4 kiloqram 0,70 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı O.Vəlizadə həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Cəlilabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- Cəlilabadda keçmiş məhkum 4 kq narkotiklə tutuldu
- Cəlilabadda avtomobil aşıb, ölən və xəsarət alanlar var
- Cəlilabadda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb
- Cəlilabadda yanğın - 1 nəfər ölüb
- Cəlilabadda karantini pozan 2 kafe aşkarlandı
- Cəlilabadda yaşayış yerini tərk edən üç koronavirus xəstəsi saxlanılıb
- Cəlilabadda narkotik alverçiləri saxlanıldı
- Cəlilabadda avtomobildən 3 kq narkotik tapılıb
- Cəlilabadda yol qəzası olub, xəsarət alan var