Sumqayıtda keçmiş məhkum iki evdən 5300 dollar oğurlayıb


14:18     10 Yanvar 2020 1442470966_dollar3.jpg

Sumqayıtda evdən 5300 ABŞ dolları oğurlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən ümumilikdə 5300 ABŞ dolları, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 536