Lökbatan sakinini bıçaqla hədələyən şəxslər saxlanılıblar


14:27     10 Yanvar 2020 bicaq_elbeyaxa_00.jpg

Lökbatan sakinini bıçaqla hədələyən şəxslər saxlanılıblar.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.


Femida.az

Açar sözlər:

Oxunub: 522