Taksi sürücüsünə qarşı quldurluq edilib


14:44     10 Yanvar 2020 taksi4.jpg

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 9-da saat 1 radələrində D.Əliyevə küçəsində Bakı şəhər sakini A.Mustafayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə sərnişin qismində oturan şəxs Z.Bünyadov prospektinə gedəcəyini bildirib və qeyd edilən prospektdə sürücünü bıçaqla hədələyərək pulunu alıb düşərək hadisə yerini tərk edib.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 478