İlkin Süleymanov 3 dil bilib, heç vaxt evlənməyib, Nərminin atasının sinif yoldaşı olub - İstintaq materialından DETALLAR


16:26     10 Yanvar 2020 20_01_10_1578659130.jpg


Günlərdir ictimaiyyətin maraq dairəsində olan Nərmin Quliyevanın qətli ilə bağlı detallar ortaya çıxıb.

Femida.az istintaq materiallarına istinadən xəbər verir ki, Nərmin Quliyevanın Tovuzda saxlandığı otaqda qanabənzər ləkələr tapılıb.

Məlumata görə, istintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. O, hadisəni hüquq mühafizə orqanlarının əməkdaşlarına detallı şəkildə izah edib.

Qeyd edək ki, 46 yaşlı İ.Süleymanov Nərmin gildən 500 metr aralıda yaşayıb. O, heç vaxt ailə qurmayıb və valideynləri ilə yaşayırmış. O, Rusiyada oxuyub və işləyib. Rus və ingilis dillərini bilirmiş. İlkin Nərmini kənd ərazisində ailəsinə məxsus evdə gizlədib. Onu qətlə yetirdikdən və yandırdıqdan sonra polisə cinayətin başqası tərəfindən törədildiyini göstərmək məqsədilə özü məlumat verib. İlkin Nərminin atasının sinifyoldaşı olub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #İlkin   #Nərmin   #qətl   #Tovuz  

Oxunub: 9460