Yol polisi sürücülərə müraciət edib
16:49 10 Yanvar 2020
Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
Femida.az -ın xəbərinə görə, müraciətdə bildirilib ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.
“Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, - deyə müraciətdə qeyd edilib.
Oxunub: 881
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi