Murovdağda piyadanı vurub qaçan saxlanıldı


17:18     10 Yanvar 2020 20_01_10_1578662185.jpg

Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza yanvarın 8-də saat 21 radələrində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini M.İsgəndərov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov saxlanılıb.

Açar sözlər:

Oxunub: 694


Oxşar xəbərlər