Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib


18:37     10 Yanvar 2020 naxcivan7.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, G.Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 782