Bakıda iki sərnişin avtobusu toqquşub


20:13     10 Yanvar 2020 2020/01/DC309FF7-3728-482C-8618-C432834B6423_1578673144.jpeg

Bu gün axşam saatlarında Xətai rayonu S. Mehmandarov küçəsində iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Femida.az-a verilən məlumata görə, “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 81 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu “Vətən Az” MMC-nin müvəqqəti istismarında olan 36 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu ilə toqquşub.

Hadisə ilə bağlı izahatın alınması üçün hər iki daşıyıcı Agentliyə çağırılıb.

Agentlikdən verilən məlumata görə, hər iki daşıyıcıya qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib: “Buna baxmayaraq, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində hər hansı bir təsirli tədbir görülməyib. Məlum yol nəqliyyat hadisəsinin baş verməsi də bu daşıyıcıların işinə məsuliyyətsiz yanaşmasının təzahürüdür. Sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələbinə uyğun qurmayan, işində ciddi pozuntulara yol verən daşıyıcılarla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 791