Polisə yalan məlumat verən Bakı sakini saxlanılıb
09:48 11 Yanvar 2020
Şəkidə polisə yalan məlumat verən Bakı sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.
“102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.
E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.
Oxunub: 691
Oxşar xəbərlər
- Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb
- Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO
- Polisə balta ilə hücum edənlərin məhkəməsi başlayır
- Polisə qarşı zor tətbiq edən şəxs həbs olundu
- Polisə tabe olmayan AXCP üzvü həbs edildi
- Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib
- Polisə saxta jurnalist vəsiqəsi təqdim edən məktəb direktoru saxlanılıb - VİDEO
- Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
- Polisə məlumat verdi - Oğrular tutuldu
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı