Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq


10:16     11 Yanvar 2020 publika.az1442908166secki-vote-election.jpeg

Bu gün Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.

Femida.az xəbər verir ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.

Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb.

Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Femida.az

Açar sözlər:

Oxunub: 709