Saxta sənədlərlə sərhəddən keçmək istəyən əcnəbilər saxlanılıb
12:04 11 Yanvar 2020
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dan Femida.az-a verilən məlumata görə, Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son günlərdə 13 halda dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısı alınıb, 2 şəxsin üzərində narkotik vasitələr aşkarlanıb, 11 şəxsin sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.
30 dekabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1978-ci il təvəllüdlü Ghasemianlialkoli Maghsoud Normohammadin sənədlərinin qismən saxta, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1998-ci il təvəllüdlü Fazl Ullahın təqdim etdiyi pasportda Kuba vizasının tam saxta olması müəyyən edilib.
3 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Masoumlou Masoudun sənədinin tam saxta olması, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkəmizə gələn Özbəkistan vətəndaşları 1996-ci il təvəllüdlü Baxramcanov Donuyerbek və 1969-cu il təvəllüdlü Cəlalov Axlidin pasportlarının qısmən saxtalaşdırılması aşkar olunub.
4 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Razi Zergani Moayadın Küveytə məxsus pasportunun qismən saxta olması, Moskva-Bakı reysi ilə uçub gələn Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Salimov Orkhanın sənədinin saxtalaşdırılması müəyyən olunub.
8 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1994-cü il təvəllüdlü Farghi Alamdari Shayanın pasportunda Almaniyaya məxsus Şengen vizasının, Bakı-Kiyev reysi ilə uçub gedən Pakistan vətəndaşı 1997-ci il təvəllüdlü Raza Hassanın pasportunda Almaniyaya məxsus daimi yaşayış vizasının və İran vətəndaşı 1998-ci il təvəllüdlü Jahangiri Farhadın Yunanıstan pasportunun qismən saxta olması, İstanbul-Bakı reysi ilə uçub gələn İran vətəndaşı 1988-ci il təvəllüdlü Varmazyar Soheilanın Böyük Britaniya pasportu və İD kartının özgəsinə məxsus olması müəyyən edilib.
3 yanvar tarixində Astara SNM-də İran İslam Respublikasından ölkəmizə gələn İİR vətəndaşı 1975-ci il təvəllüdlü Feiziarbabi Leilanın daxili orqanlarında 53 qram metamfetamin və 91 qram heroin, AR vətəndaşı 1969-cu il təvəllüdlü Astara sakini İbadova Zülfiyyə Tərlan qızının üzərindən 177 qram heroin aşkar olunub.
Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.
Femida.az
Oxunub: 672
Oxşar xəbərlər
- Saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
- Saxta COVID-19 pasportu satan şəxsə cinayət işi açılıb
- Saxta COVID pasportu satan həkimlərə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanılıb
- Saxta vaksin pasportu satan 3 nəfər saxlanılıb
- Saxta COVID-19 pasportu satan tibb qardaşı barəsində cinayət işi başlanılıb
- Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
- Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - Video
- Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib