Şəmkirdə qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurlayıb


12:36     11 Yanvar 2020 2020/01/1578731520254_RvvzH9DY_1578731917.jpeg

Şəmkirdə oğurluq olub.


DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1048