Trampın iqamətgahının yaxınlığında şübhəli iranlı saxlanıldı


15:11     11 Yanvar 2020 20_01_11_1578733925.jpg

ABŞ Prezidenti Donald Trampın Floridada yerləşən iqamətgahı yaxınlığında əlində bıçaq və külüng olan İran vətəndaşı Məsud Ereyzoleh saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə “Washington Examiner” portalı Palm- Biç Polis idarəsinin məmuru Maykl Ogrodnikə istinadən məlumat yayıb.

Yoxlama zamanı onun üzərində 22 min dollar və İran vətəndaşı olduğunu təsdiq edən pasport olub. Bundan əlavə, Ereyzolehin qanunsuz şəkildə ABŞ-da olduğu dəqiqləşdirilib.


Polis hazırda tutulan şəxsin məqsədini müəyyənləşdirmək üçün araşdırma aparır.

Hadisə baş verən zaman ABŞ Prezidenti Vaşinqtonda, Ağ Evdə olub.

Açar sözlər:

Oxunub: 815