Bakıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb
13:30 11 Yanvar 2020
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzrində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub.
Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram narkotik vasitə olan heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunar göütürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o narkotik vasitələri çəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxslər 300 manata alıb.
Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş, Faiq Qarayev Abşeron rayonu Xırdalan şəhərində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 350,652 qram narkotik vasitə heroin və 243,436 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. F.Qarayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları bir müddət əvvəl şəxsiyyəti istintaqa məlum olmayan “Mürşüd” adlı şəxsdən əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 552
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb