MSK DSK-nın qərarını ləğv edib


20:36     11 Yanvar 2020 publika.az1442908166secki-vote-election.jpeg

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

Femida.az xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.

MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin namizədliyi qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1010