Azərbaycanın məşhur erməni dili müəllimi vəfat etdi


22:18     11 Yanvar 2020 20_01_11_1578766753.jpg

Azərbaycanda erməni dilinin tədrisi ilə məşğul olan tanınmış müəllim dünyasını dəyişib.

Femida.az oxu24.com-a istinadən xəbər verir ki,Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatı müəllimi Xalid Bayramov vəfat edib.

Xatırladaq ki, X.Bayramov 1941-ci ilin sentyabrın 15-də Qərbi Azərbaycanın Qırmızıkənd rayonunun Göyçay kəndində, Qarqoyunlu mahalında doğulub.O vaxt Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun erməni sektorunu bitirib. 1964-cü ildə institutu bitirəndən sonra 5-10 cü siniflərdə erməni dili və ədəbiyyatından dərsi deyib. Eyni zamanda məhkəmə-istintaq orqanlarında tərcüməçi, peşə məktəbində həm tərbiyəçi, həm də müəllim işləyib. Ondan sonra Azərbaycan Dövlət Televiziyasında erməni dilində verlişlər redaksiyasında tərcüməçi və redaktor kimi çalışıb.



Femida.az

Açar sözlər:

Oxunub: 823