4 rayonda qaz olmayacaq
18:13 12 Yanvar 2020
Bu gün yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən "Qaz İxrac" İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az -ə daxil olan məlumata görə, təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.
Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb.
Oxunub: 778
Oxşar xəbərlər
- 42 yaşlı kişi bıçaqlandı
- 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə
- 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... (FOTO)
- 41 minə yaxın şəxs vaksinasiya olundu
- 40 erməni hərbçi Kəlbəcərə girmək istədi - Azərbaycan qəti tədbirlər gördü
- 400 min manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
- 4 məktəb direktoru işdən çıxarıldı
- 408 qaziyə əlillik dərəcələri təyin olunub
- 40 xüsusi texnika və 2 min şəxs Bakını dezinfeksiya elədi (VİDEO)
- 40 kq narkotik dövriyyədən çıxarılıb