Bakı-Quba yolunda qorxunc hadisə - 5 NƏFƏR...


20:06     12 Yanvar 2020 20_01_12_1578845205.jpg

Bakı-Quba avtomobil yolunda ötən gecə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza magistralın Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Avtomobildə sıxışıb qalan sərnişinlər vətəndaşların köməyi ilə çıxarılıb.


Faktla bağlı araşdırma aparılır.(Azərtac)

Açar sözlər:

Oxunub: 909