Liviyada Türkiyənin pilotsuz təyyarəsi vurulub


21:24     12 Yanvar 2020 20_01_12_1578847866.jpg

General Xəlifə Həftərə bağlı "Liviya Milli Ordusu" bu gün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.

Femida.az xəbər verir ki, bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.
Məlumata görə, pilotsuz təyyarə "Liviya Milli Ordusu"nun 128-ci Piyada Briqadası tərəfindən yerə salınıb.

Qeyd edək ki, Liviyada döyüşlərin dayandırılması üçün Türkiyə və Rusiya 12 yanvardan etibarən atəşkəs elan edilməsi üçün çağırış etmişdi.

Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərib.

Açar sözlər:

Oxunub: 878