Minik avtomobili evakuatora çırpılıb


09:27     13 Yanvar 2020 qeza_yeni.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.


Femida.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 587