Miqrasiya Könüllülərinin “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiqləndi
11:51 13 Yanvar 2020
Dövlət Miqrasiya Xidmətinin rəisi,III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci il "Könüllülər ili"elan elan edilməsi ilə əlaqədar Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyəti ilə görüşüb.
Qurumdan Femida.az -a verilən məlumata görə, ötən il Miqrasiya könülləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi, cari ildə də gənclərin fəaliyyətini diqqətdə saxlayacağını, onlara dəstək olacağını bildirib.
Vüsal Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Ölkə başçısının sərəncamı son dövrlərdə genişlənən könüllülük hərəkatlarının işinə güclü təkan verəcək.
Görüşdə gənclərin şəxsi inkişafına,dünyagörüşünün artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yönəlik müxtəlif mövzuları özündə birləşdirən layihələr ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə "Miqrasiya Könüllüsü" ictimai birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.
Sonda Vüsal Hüseynov Miqrasiya Könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb və bu il Miqrasiya Könüllülərinin fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.
Qeyd edək ki, tədbirlər planına əsasən tezliklə Miqrasiya Könüllüləri tərəfindən “Hüquq və gənc hüquqşünaslar” layihəsi həyata keçiriləcək. Bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən gənclərin sənəd qəbulunun elanı veriləcək.
Femida.az
Oxunub: 701
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi
- Miqrasiya idarəçiliyi pandemiya sınağında - Vüsal Hüseynov yazır