Azərbaycan Ordusunun tabor komandirlərinin toplantısı keçirilir


12:07     13 Yanvar 2020 2020/01/abf3d6d2-3006-4d24-8360-00b3725cc149_1578903281.jpg


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Femida.az

Açar sözlər:

Oxunub: 543