Dövlət qulluğuna qəbul üçün növbəti müsahibə elan edilib
16:28 13 Yanvar 2020
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları üzrə inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 36 dövlət orqanında 703 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, müsahibədə iştirak üçün namizədlər 11 fevral 2020-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.
Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (435 vəzifə) və Mədəniyyət Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunub.
Dövlət Statistika Komitəsi 33, Gənclər və İdman Nazirliyi 30, Şirvan Apellyasiya Məhkəməsi 15, Bakı Ağır Cinayətlər Məhkəməsi 14, Şəki Apellyasiya Məhkəməsi 14, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 10 vəzifə və s. üzrə vakant yer təqdime dib.
Ümumilikdə, müsahibəyə çıxarılmış 703 vakant vəzifənin 1-i 4-cü təsnifata, 60-ı 5-ci təsnifata, 35-i 6-cı təsnifata, 607-i isə 7-ci təsnifata aid olmaqla, 3-ü AB, 85-i AC, 57-si BA, 558-ü isə BB vəzifə qrupuna aiddir.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib