Vəkillərlə silsilə görüşlər keçirilib


16:59     13 Yanvar 2020 20_01_13_1578920437.jpg

Bakı şəhərində fəaliyyət göstərən və dövlət hesabına hüquqi yardımı həyata keçirmək üçün müraciət etmiş vəkillər və büro rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzində 8-10 yanvar 2019-cu il tarixlərdə görüşlər keçirilib.

Femida.az xəbər verir ki, vəkillərin iştirakı ilə keçirilmiş görüşlər zamanı vəkillər Hüquqi Yardım və Tədris Mərkəzin iş şəraiti, fəaliyyəti ilə yaxından tanış olmuş və dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı bir çox məsələlərlə əlaqədar olaraq müzakirələr aparılıb. O cümlədən, görüş zamanı Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri, Vəkillərin İnitizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən Rəyasət Heyəti tərəfindən qəbul edilmiş “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” təlimat və “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi haqqında“ Qaydalarla edilmiş dəyişikliklər barədə geniş məlumat verilib, bununla əlaqədar fikir mübadiləsi aparılaraq vəkillərin fikir və təklifləri dinlənilib.

Analoji görüşlər növbəti həftələrdə davam etdiriləckdir.

Görüşdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyev, Hüquqi Yardım və Tədris Mərkəzin əməkdaşları Gülşən Salmanova, Bəylər Məmişov və Ələsgər Hüseynli də iştirak ediblər.



Femida.az

Açar sözlər:

Oxunub: 987