Bakıda soyğunçuluq edənlər tutuldu


17:23     13 Yanvar 2020 hebs5.jpg

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Əmircan qəsəbə sakini A.Salahov yanvarın 7-də saat 18 radələrində qəsəbə ərazisində iki nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını deyib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Cəfərov və Quba rayon sakini İ.Gülməmmədov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Nəsirov isə yanvarın 12-də saat 9 radələrində Cavadxan küçəsi ev 28-in qarşısında 1 nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 745