Sabah seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi prosesi başa çatır


18:37     13 Yanvar 2020 MSK23.jpg

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.


Femida.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 101.2, 101.4 maddələrinə əsasən, müvafiq DSK-lar tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 45–25 gün qalanadək başa çatmalıdır.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək olan dövrü əhatə edir.

Məntəqə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə 2020-ci il yanvarın 16-dan başlanır. Bu proses fevralın 6-dək başa çatmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 785