Daşkəsəndə qanunsuz ov edənlər saxlanılıb


09:29     14 Yanvar 2020 2020/01/AFC03159-6600-4D06-85FA-709D2E80E90A_1578979898.jpeg

Daşkəsən rayonunda qanunsuz ov edən 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata əsasən, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib.

Bildirilir ki, onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 673