Bakıda keçmiş məhkum 22 yaşlı şəxsi bıçaqla hədələyib
10:31 14 Yanvar 2020
Bakıda keçmiş məhkum quldurluq edib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 13-də saat 15 radələrində, paytaxtın Binəqədi rayonunun S.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü C.Əliyevə qarşı fiziki təzyiq göstərərək bıçaqla hədələyib, onun 30 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Daha sonra 22 yaşlı gənc hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.İsmayılov saxlanılıb.
Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxunub: 554
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb