Avtomobilin gizli saxlanc yerlərindən spirtli içkilər aşkarlandı


10:35     14 Yanvar 2020 20_01_14_1578983779.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Femida.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarında olan gizli saxlanc yerlərindən "Nemiroff" markalı 25 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 718