Ötən il 1112 ailə güzəştli mənzil qazanıb


10:56     14 Yanvar 2020 2020/01/__M_7335_1578985131.jpg


2019-cu ildə Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilib və 1112 ailə güzəştli mənzilə sahib olub.

Femida.az xəbər verir ki, bu barədə Mənzil İnşşatı üzrə Dövlət Agnetliyinin (MİDA) illik hesabat toplantısında məlumat verilib.

Ümumilikdə isə Yasamal Yaşayış Kompleksində Agentliyin sərəncamında olan 1634 mənzildən 1390 ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib. Hazırda həmin yaşayış kompleksində qalan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi prosesi davam etdirilir.

Femida.az

Açar sözlər: #mənzil   #MİDA  

Oxunub: 332