Türkiyənin yeni hökumət proqramında Qarabağ PROBLEMİ
14:28 26 Noyabr 2015
Əhməd Davudoğlu: "Yeni hökumətimiz Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün səylərini davam etdirəcək"
“Yeni hökumətimiz Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğalının dayandırılması və Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərməyə davam edəcək”.
Femida.az-ın məlumatına görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlunun hazırladığı 64-cü hökumət proqramında deyilir.
Bildirilir ki, növbəti dövrdə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı addımlar da atılacaq: “Sülh, təhlükəsizlik və rifahın Qafqazda yalnız bu yolla bərpa olacağını düşünürük. Qafqazda formalaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü mexanizmləri də bəhrəsini verməyə başlayıb. Qafqaz və Orta Asiya ölkələri ilə ticarət həcmi yüksəlib. Bu ərazilərlə əlaqələrimizin daha da genişləndirilməsi və Türk Şurasının daha da güclənməsi əsas hədəflərimizdən biridir”.
Proqramda o da qeyd olunur ki, Azərbaycan ilə Türkiyə arasında hökumətlərarası anlaşmayla imzalanan TANAP layihəsi bu dövrdə həyata keçiriləcək.
Oxunub: 897
Oxşar xəbərlər
- Türkiyənin baş naziri Naxçıvandadır
- Türkiyənin xarici işlər naziri Bakıdadır
- Türkiyənin yetişdirdiyi suriyalı qadın polislər - FOTOLAR
- Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıya səfər edib
- Türkiyənin müdafiə naziri: Azərbaycan xalqının tələbi Türkiyə üçün əmrdir
- Türkiyənin müdafiə naziri Azərbaycana gələcək
- Türkiyənin təyyarəsi quş dəstəsi ilə toqquşdu
- Türkiyənin Azərbaycanla bağlı əsas hədəfi açıqlandı
- Türkiyənin müdafiə naziri Azərbaycanda təlimlərə qatılacaq
- Türkiyənin müdafiə naziri Azərbaycana gəlir