Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb


11:38     14 Yanvar 2020 2020/01/8ee8eb68-a7f0-4731-82c5-3356b6cfc75e_1578987576.jpg

Bakıda 26 gün əvvəl avtomobil oğurlayan şəxs saxlanılıb.


Femida.az -ın xəbərinə görə, hadisə ötən ilin dekabr ayının 18-də paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, M.Seyidova məxsus avtomobil oğurlanıb.

Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Məmmədov yanvarın 13-də tutulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 558