İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı


12:34     14 Yanvar 2020 20_01_14_1578990922.jpg

İranda Ukraynaya məxsus təyyarənin vurulmasında məsuliyyət daşıyan şəxslər həbs olunub.



Bu barədə “Reuters” İranın məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmailiyə istinadla xəbər verib.

Həbs olunan İran hərbçilərinin sayı, həmçinin, hadisə ilə bağlı digər təfərrüat bəlli deyil.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 617