Deputatlığa namizəd öldürüldü


14:30     26 Noyabr 2015 Ramos-Allup-campaña-20151-773x600.jpg

Venesuelada dekabrın 6-da keçiriləcək parlament seçkiləri öncəsi gərginlik yaşanıb.


Femida.az xəbər verir ki, “Demokratik addımlar” partiyasından deputatlığa namizədliyini irəli sürən Luis Manuel Diasa təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə keçirdiyi görüşdə öldürülüb.

Venesuela KİV-lərinin məlumatına görə, bu barədə partiyanın lideri Enri Ramos öz "twitter" səhifəsində yazıb:

“Luis Manuel Dias “Demokratik addımlar” partiyasının Altaqrasiya-de-Orituko (Quariko ştatı) şəhərinin sədri indicə güllələnib”

Məlumata görə, hadisə vaxtı Dias partiyanın digər üzvü Lilian Tintori ilə birgə tribunada olub. Atəş deputatlığa namizdə görüş keçirilən yerdən keçən avtomobildən açılıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1308