Süleymaninin qətlinin yeni videosu yayılıb
12:59 14 Yanvar 2020
Yanvarın 3-də ABŞ-ın hava hücumları nəticəsində Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.
Görüntülər “Fox News” tərəfindən yayımlanıb.
Generalın öldürülməsindən bir-iki dəqiqə sonra çəkilən videoda Süleymaninin olduğu avtomobilin yanması əks olunub.
Görüntülər ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən lentə alındığı bildirilib.
Oxunub: 632