Quldurluq edən şəxs ələ keçdi


13:07     14 Yanvar 2020 2020/01/bineqedi_aliyev_140120_1578992933.jpg

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.


Femida.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 580