Ermənistan Konstitusiya Məhkəməsinin sədri yenidən dindirilib


14:18     14 Yanvar 2020 20_01_14_1578997136.jpg

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan Xüsusi İstintaq Xidmətində dindirilib.

Tovmasyanın hansı statusda və hansı iş üzrə istintaq xidmətinə çağırıldığı hələlik məlum deyil.

Xatırladaq ki, ötən il Konstitusiya Məhkəməsi Nikol Paşinyanın əsas rəqibi, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsini qanunsuz hesab etmişdi. Bunun ardınca, sentyabrın 16-da Paşinyanın “Mənim addımım” parlament fraksiyası Tovmasyanın səlahiyyətlərinə xitamvermə prosesinə başlayıb.

Nəticədə, oktyabr ayında millət vəkili Arman Babacanyanın Baş Prokurorluğa "bir qrup şəxslə hakimiyyəti ələ keçirmək niyyəti" barədə verdiyi məlumat əsasında Ermənistan Xüsusi İstintaq Xidmətində Tovmasyana qarşı cinayət işi açılıb. / Azvision.az

Femida.az

Açar sözlər:

Oxunub: 619