Milli Məclisin deputatlarına pul mükafatı verilib


15:12     14 Yanvar 2020 2020/01/8949eb80-92b7-44c9-89f7-244cb9fa808e_1579000402.jpg


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.


Bunu Femida.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması məsələsinə baxıb və qərarı Konstitusiyaya uyğun hesab edib. Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin səlahiyyətləri saxlanılır.

Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 629