Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib


15:29     14 Yanvar 2020 2020/01/636e68e7-2fd9-43ec-ab6b-4e94612b76d5_1579001446.jpg

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Femida.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 650