TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb
15:46 14 Yanvar 2020
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.
TƏBİB-dən Femida.az-a bildirilib ki, 11 yanvar 2020-ci ildə saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:
"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12.01.2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".
Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
- TƏBİB “TURKOVAC” vaksini ilə bağlı vətəndaşlara çağırış edib
- TƏBİB-ə yeni səlahiyyət verilib
- TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub
- TƏBİB: "Son günlər yoluxma kəskin artır"
- TƏBİB-in psixoloji dətək göstərdiyi şəxslərin sayı açqılandı
- TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
- TƏBİB COVID xəstələrinə və həkimlərə müraciət edib
- TƏBİB-dən karantinlə bağlı AÇIQLAMA
- TƏBİB vaksinin mümkün əlavə təsirlərini açıqladı