Bəxtiyar Hacıyevi təhdid edən şəxs saxlanılıb - RƏSMİ


15:47     14 Yanvar 2020 hebs7.jpg

Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında polis tərəfindən araşdırma aparılıb.


Bu barədə Femida.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən, 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 473