Pakistan Ermənistanla diplomatik əlaqələr qurur? - Səfirlikdən açıqlama


17:07     14 Yanvar 2020 Pakistan_Day.jpg

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.


Diplomatik nümayəndəlikdən Femida.az-a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 892