Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib


17:20     14 Yanvar 2020 20_01_14_1579007548.jpg

NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində görüş keçirilib.


Femida.az -ın xəbərinə görə, Brüsseldə NATO-nun mənzil qərargahında keçirilən görüşə Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da qatılıb.

Görüşdə Baş Qərargah rəisləri Əfqanıstanda təhlükəsizlik şəraiti, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişatı və əməliyyat şəraitində dəyişikliklər, habelə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçirilməsi üçün əsas səylər nəzərdən keçirilib.

Açar sözlər:

Oxunub: 960