Beyləqan sakinindən silah götürülüb


17:49     14 Yanvar 2020 ov-tufengi.jpg

Beyləqan sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 851