Mübariz Qurbanlıdan "Əbu Bəkr" məscidi ilə bağlı açıqlama


20:38     14 Yanvar 2020 1415368393_mubariz-qurbanli-cenubnews-3.jpg

"Əbu Bəkr" məscidinin açılması təmir işlərinin başa çatmasından asılıdır".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, "Əbu Bəkr" məscidində təmir işlərinə ehtiyac var: "Orada minarənin uçma təhlükəsi ilə əlaqədar məscid hazırda fəaliyyət göstərmir. İndi texniki xarakterli bərpa işləri ilə əlaqədar araşdırmalar gedir. Bunlar başa çatandan sonra məsələ Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları ilə birlikdə müzakirə olunub qərar qəbul ediləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 859