İmişlidə avtomobil su hövzəsinə aşıb, sərnişin ölüb


09:01     15 Yanvar 2020 2020/01/F06D0AD5-C7EF-4218-9F36-660839008EB8_1579064175.jpeg

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxaraq su hövzəsinə aşıb. Nəticədə avtomobildə olan sərnişin, İmişli rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu hadisə yerində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 592